Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki,Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 11 və 12 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı açıq tenderin nəticələrinə əsasən “Araz İnşaatçı" (VÖEN: 1500839291) qalib müəyyən edilib.
Həmin şirkətlə 7 milyon 032 min 651 manat məbləğində satınalma (podrat) müqaviləsi bağlanıb.