"ARAŞ" Firması Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin keçirdiyi iki tenderin qalibi olub.
Eləcə də bax: Dövlət qurumu 1 ədəd avtomobil üçün - 124,5 MİN MANAT ÖDƏYİB
FED.az xəbər verir ki, firmanın qazandığı 7 tenderin ümumi məbləği 1 milyon 685 min 742 manatdır. Şirkətin tenderlər üzrə qazandığı məbləğlər aşağıdakı kimidir.
- Tibbi inventarın satın alınması üçün 249 min 996 manat,
- Tibbi avadanlıqların satın alınması üçün 155 min 760 manat,
- Reaktivlərin satınalınması üçün 289 min 999 manat;
- Narkotik testlərin satınalınması üçün 249 min 995 manat;
- Şəkər ölçən aparat üçün striplər üçün 199 min 992 manat;
- Tibbi mal və materialların satınalınması üçün 260 min manat;
- Tibbi maşın və avadanlıqların carı təmiri üçün 280 min manat.