Bakı Dövlət Universiteti avtomobil tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu "Toyota" avtomobilləri alıb - MƏBLƏĞ
FED.az xəbər verir ki, universitetin tenderini "Subaru Azərbaycan" MMC şirkəti qazanıb. BDU 1 ədəd sedan tipli avtomobilin alınması üçün şirkətə 124 min 500 manat ödəyib.
Avtomobilin qeyd olunmuş göstəriciləri aşağıdakı kimidir:
- Model ili: 2020
- Sedan Dörd (4) qapı
- Dəri oturacaqlar, avtomatik oturacaq tənzimlənməsi
- Rəng-qara;
- Yanacaq növü-benzin;
- Mühərrik-cc 3,5;
- Təhlükəsizlik-ABS,EBD ,VSC,TRC,Brake Assist;
- İnterior-Lyuk panorama, Arxa görüntülü kamera, Kruiz idarəetmə Start Stop sistem, Ön və arxa oturacaqların qızdırılması, Kondisioner iki (2) zonalı;
- İşıqlanma-Led gündüz işıqları, Ön və arxa park sensorları, Yağış və işıq sensorları, Yan güzgülərdə dönmə işıqları, Ön faraların avtomatik tənzimləyicisi