“Aqrarkredit” QSC BOKT (VÖEN: 1300025711) açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, müsabiqə “Aqrarkredit” QSC-nin internet səhifəsinin hazırlanması xidmətlərinin satın alınmasını nəzərdə tutur.
Satınalmanın ehtimal olunan qiyməti 32 min 899 manat 97 qəpikdir.
Müsabiqənin dərc olunma tarixi 05.09.2025 saat 16:59-dur. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 26.09.2025 saat 17:00-a təyin edilib.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – satınalmalar şöbəsinin müdiri Anar Vahubovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 12 538 72 93.
İddiaçılar təkliflərini 26.09.2025-ə qədər Qədirli 125 ünvanına təqdim edə bilərlər.