“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı audit xidmətləri üçün açıq tender elan edib.
FED.az xəbər verir ki, elan 31 dekabr 2024 və 2025-ci il tarixlərinə başa çatan il üzrə BMHS-ya uyğun konsalidə olunmuş maliyyə hesabatlarının auditinin aparılması xidmətlərini əhatə edir.
Satınalmanın ehtimal olunan qiyməti 224 min 200 manatdır.
Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 30.09.2025 saat 17:00-a təyin edilib.
Müsabiqədə iştirak haqqı 350 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manatdır. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.
Satınalma ilə bağlı əlaqələndirici şəxs – Satınalmalar şöbəsinin müdiri Anar Vahubovdur. Əlaqə üçün email: [email protected], telefon: +994 12 538 72 93.
İddiaçılar təkliflərini 30.09.2025-ə qədər Qədirli 125 ünvanına təqdim edə bilərlər.