Aqrar Təlim Mərkəzi məsləhət xidmətlərinin təkmilləşdirilməsi üzrə təlimçilərin hazırlanması məsləhət xidmətinin satınalması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1505702511
Satınalan təşkilatın ünvanı: Nərimanov rayonu, Nəcəf Nərimanov 7A, Bakı, Azərbaycan
Müsabiqənin başlama tarixi və vaxtı: 10.07.2023 12:53
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 07.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 15.08.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 16.08.2023 11:00
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Aqrar Təlim Mərkəzi və tabeliyində olan 8 Regional Təlim Mərkəzinin təlimçi-mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.
Çatdırılma müddəti - Müqavilə imzalandıqdan sonra 1 ay müddəqtində icra olunmalıdır.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının Rekvizitləri
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
İddiaçı müqavilə üzrə cəlb ediləcək, qeyd olunan tələblərə cavab verən kadrlarının CV-lərini təqdim etməlidir. Iddiaçının kadrı aşağıda qeyd olunan tələbləri ödəmədiyi halda iddiaçı kimi qeydə alınmayacaq: Aqronomluq (taxıl bitkiləri) üzrə beynəlxalq (əcnəbi) ekspert – 1 nəfər
Iddiaçının kadrı aşağıda qeyd olunan tələbləri ödəmədiyi halda iddiaçı kimi qeydə alınmayacaq: Heyvandarlıq üzrə beynəlxalq (əcnəbi) ekspert – 1 nəfər
Iddiaçının kadrı aşağıda qeyd olunan tələbləri ödəmədiyi halda iddiaçı kimi qeydə alınmayacaq: Aqrobiznes üzrə yerli ekspert – 1 nəfər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nərgiz İsgəndərova, Müqavilələrin idarə edilməsi şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 0124988914/daxili nömrə: 5068
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Beynəlxalq (əcnəbi) ekspertin həyata keçirəcəyi təlimlər (heyvandarlıq) |
Heyvandarlıq üzrə əcnəbi ekpert |
16 |
gün |
2 |
Beynəlxalq (əcnəbi) ekspertin həyata keçirəcəyi təlimlər (aqronomluq) |
Aqronomluq üzrə əcnəbi ekpert |
16 |
gün |
3 |
Yerli ekspertin həyata keçirəcəyi təlimlər (aqrar iqtisadiyyat) |
Aqrobiznes üzrə yerli ekspert |
16 |
gün |
4 |
Heyvandarlıq üzrə beynəlxalq (əcnəbi) ekspertin ev/iş günləri |
Təlim modullarının hazırlanması |
10 |
gün |
5 |
Aqronomluq üzrə beynəlxalq (əcnəbi) ekspertin ev/iş günləri |
Təlim modullarının hazırlanması |
10 |
gün |
6 |
Aqrobiznes üzrə yerli ekspertin ev/iş günləri |
Təlim modullarının hazırlanması |
10 |
gün |
7 |
Bakıda təlimlərin keçirilməsi üçün məkanın icarəsi və əlaqədar xərclər |
İcarəyə götürülən konfrans zalının təmin edilməsi; İclas/konfrans zalı minimum 50-60 m2; Yaxşı havalandırma sistemləri; Minimum 50-60 nəfərlik təlim obyektləri ilə təchiz olunma; Eyni sayda masa və stul, əlavə olaraq 1 stol/stul təlimçi üçün; Ağ lövhə və ya flipchart və marker; Microsoft ilə audiovizual təqdimat üçün bir noutbuk (Word və Power Point) Proyektor ekranı; 2 monitor; Tərcümə avadanlığı, qulaqcıq və s. ilə təchizat; Bir qara/ağ surət çıxarma maşını; İaşə xidmətlərinin göstərilməsi: 1 nahar və 2 çay / qəhvə fasiləsi; Hər çay asiləsi üçün ən azı 3 fərqli qəlyanaltı/şirniyyat və içki növləri (çay və qəhvə və ya soyuq içki - şirə/sərinləşdirici içkilər/), limon və şəkər; Nahar üçün üç fərqli yemək növü olmalıdır, ən azı salat, ət məmulatı növü (balıq,/mal əti/toyuq), 2 qarnir (düyü, kartof, tərəvəz və s.), mineral su. |
14 |
gün |
8 |
Gəncə və Lənkaran regionlarında simulyasiya təlimlərinin keçirilməsi üçün məkanın icarəsi və əlaqədar xərclər |
İcarəyə götürülən konfrans zalının təmin edilməsi; İclas/konfrans zalı minimum 30-40 m2; Yaxşı havalandırma sistemləri; Minimum 35-40 nəfərlik təlim obyektləri ilə təchiz olunma; Eyni sayda masa və stul, üstəlik 1 stol və 3 stul təlimçilər üçün; Ağ lövhə və ya flipchart və marker; Microsoft ilə audiovizual təqdimat üçün bir noutbuk (Word və Power Point) Proyektor ekranı; 1 monitor; Tərcümə avadanlığı, qulaqcıq və s. ilə təchizat; İaşə xidmətləri iaşə xidmətlərinin göstərilməsi – 1 nahar və 1 çay / qəhvə fasiləsi; Çay fasiləsi üçün ən azı 2 fərqli qəlyanaltı/şirniyyat və içki növləri (çay və qəhvə və ya soyuq içki -şirə/sərinləşdirici içkilər/), limon və şəkər; Nahar üçün üç fərqli yemək növü olmalıdır, ən azı salat, ət məmulatı növü (balıq,/mal əti/toyuq), 2 qarnir (düyü, kartof, tərəvəz və s.), mineral su. |
14 |
gün |
9 |
Simulyasiya təlimləri üçün 2 müvafiq regionda nümayiş tarlasının hazırlanması |
Nümayiş tarlalarında öncədən təlimlərin keçirilməsi üçün müvafiq təmizlik işlərinin keçirilməsi və mövcud hava şəraitinə uyğun sahə çadırlarının təşkil olunması |
4 |
adam-saat |
10 |
Təlim mövzularına uyğun min.6 rəngli posterin hazırlanması və konfrans zalında təlim müddətində istifadəsinin təmin edilməsi. |
Ölçü ( l00x200sm) |
6 |
ədəd |
11 |
Sinxron tərcümə xidmətləri |
Tam gün |
16 |
gün |
12 |
Təlim materialları, prezentasiyalar və təlim modullarının tərcüməsi |
Təlimlər başlayana qədər hazırlanmalı |
1 |
ədəd |
13 |
Tərcümə edilmiş təlim materiallarının, prezentasiyalar və təlim modullarının iştirakçılara təqdim olunması. |
Təlimlər başlayana qədər tərtib olunmalı - dizayn+, çap. Təlim materialları üçün çap tələbi: 30 mövzu üzrə 20-50 səhifəlik materialların yaxşı keyfiyyətdə, A5 formatda, rəngli tərtibatı və hər bir iştirakçıya təqdim olunması |
60 |
ədəd |
14 |
Dəftərxana ləvazimatları ilə təminat: Hər bir təlim iştirakçısı təlimlər boyunca lazımı dəftərxana ləvazimatları dəsti təmin olunmalıdır. |
1 dəstə daxildir: 1 qovluq, min.50 səhifəlik qeyd dəftərçəsi, qələm, pozanlı karandaş |
120 |
dəst |
15 |
Təlim iştirakçılarının hotel xərcləri. |
Buraya 60 nəfər təlimçinin 16 gün ərzində gecələmə və gün ərzində 2 dəfə qidalanması daxildir. Hər bir təlim iştirakçısı üçün 1 standart otaq nəzərdə tutulur. |
16 |
gün |