Aqrar Təlim Mərkəzi fermerlərə elektron xidmətin göstərilməsi məsləhət xidmətinin satınalması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1505702511
Satınalan təşkilatın ünvanı: Nərimanov rayonu, Nəcəf Nərimanov 7A, Bakı, Azərbaycan
Müsabiqənin başlama tarixi və vaxtı: 25.05.2023 16:16
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 30.06.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.07.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 11.07.2023 11:00
Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Respublika ərazisindəki bütün fermerlərin onlayn istifadəsi üçün nəzərdə tutulmuşdur
Çatdırılma müddəti - Müqavilə imzalandıqdan 1 ay sonra
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nərgiz İsgəndərova, Müqavilələrin idarəedilməsi şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 0124988914/daxili nömrə: 5068; 5007
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
İddiaçının Nizamnaməsi
Qeydiyyatdan keçdiyi ölkə
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
İddiaçının rekvizitləri;
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
İddiaçı müqavilə üzrə cəlb ediləcək, qeyd olunan tələblərə cavab verən kadrlarının CV-lərini təqdim etməlidir: BackEnd Developer – 1 mütəxəssis
İddiaçı müqavilə üzrə cəlb ediləcək, qeyd olunan tələblərə cavab verən kadrlarının CV-lərini təqdim etməlidir: Front-End Developer – 1 mütəxəssis
İddiaçı müqavilə üzrə cəlb ediləcək, qeyd olunan tələblərə cavab verən kadrlarının CV-lərini təqdim etməlidir: Video operator – 1 mütəxəssis
Mövcud platforma üzərində 50000 istifadəçi tutumu olan təlim modulunun yaradılması; Rayonlarda və otaq şəraitində əyani olaraq keçiriləcək 30 təlimin video çəkilişi və e-təlim modulunda yerləşdirilməsi; Asan loginlə qeydiyyat; istifadəçilərin test üsulu (E-Quiz) ilə imtahan olunmasının təşkili; Kursu bitirən istifadəçilərin qazandığı sertifikatların QR kod ilə generasiya olunması; Kibertəhlükəsizliyin təminatı