Aqrar Xidmətlərn Agentliyinin Aqrar Təlim Mərkəzi məsləhət xidmətlərinin alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1505702511
Satınalan təşkilatın ünvanı: Nərimanov rayonu, Nəcəf Nərimanov 7A, Bakı, Azərbaycan
Müsabiqənin başlama tarixi və vaxtı: 31.03.2023 18:10
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.05.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.05.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 12.05.2023 11:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Respublika ərazisindəki bütün fermerlərin onlayn istifadəsi üçün nəzərdə tutulmuşdur
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - Müqavilə imzalandıqdan 1 ay sonra
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nərgiz İsgəndərova, Müqavilələrin idarəedilməsi şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: 0124988914/daxili nömrə: 5068; 5007