Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən elan edilmiş tenderin nəticələri açıqlanıb.
Bu şirkət Laçında 1,3 milyona plan cızır - DETALLAR
FED.az xəbər verir ki, tender hüquqi yardım və məhkəmə-hüquq xidmətlərinin satın alınması üzrə keçirilib. Tenderin nəticəsinə əsasən, bu xidməti "Turan Legal and Tax Services" MMC (VÖEN: 1603493861) həyata keçirəcək.
Qalib şirkət Agentliyin lizinq portfelinin yığımı, eyni zamanda digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin göstərilməsi öhdəliyini üzərinə götürəcək.
Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 170 003 manat təşkil edir.