Aqrar Kredit və İnkişaf Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı "Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; Məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması” ilə bağlıdır.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 20-də başlayır.Tələb olunan sənədlər martın 13-dək, təkliflər isə martın 28-dək təqdim edilməlidir. Zərflər mart ayının 29-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1700428481
Satınalan təşkilatın ünvanı: AZ1108, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi.
Çatdırılma yeri: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov pr. 1965, “Çinar park” Biznes Mərkəzi
Çatdırılma müddəti: 30.12.2023-cü il
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | 
| 1 | Bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması | Fermerlərin maarifləndirilməsi üçün əkin mövsümləri üzrə - yazlıq, təkrar və payızlıq əkinlər zamanı rayonlarda fermerlərlə görüşlərin təşkili və KİV-də işıqlandırılması; Seçilmiş bölgələr üzrə görüşlərin təşklili zamanı dəstəkverici xidmətlərin görülməsi ( foto çəkiliş, səs avadanlıqları, proyektor və s.) | 24 | ədəd | 
| 2 | TV verilişin hazırlanması və yayımı | Televiziya kanallarında verilişlərin yayımlanması və efirə verilməsi: Verilişin formatının təyin edilməsi; Ssenarinin yazılması; Mövzuların və qonaqların müəyyən edilməsi, çəkilişin aparılması. Ayda ən az 4 verilişin hazırlanması, televiziya kanalında yayımı (Hər 1 veriliş 1 dəfə təkrar efirə verilməklə) | 80 | ədəd | 
| 3 | Sosial media marketinq fəaliyyəti | Sosial media hesabları üçün aqrar mövzuda kontentlərin, post dizaynların hazırlanması və yayımı, (reklam xərcləri daxil) | 150 | ədəd | 
| 4 | Təbliğat xarakterli video materialların hazırlanması | Aqrar sahədə dövlət siyasəti, subsidiya, kredit, xidmət və digər mövzularla bağlı yüksək keyfiyyətli və peşəkar videoçəkiliş, montaj və səsləndirmə ilə xəbər, süjet, reportajların hazırlanması və telekanallarda yayımının təmin edilməsi. | 150 | ədəd | 
| 5 | Maarifləndirici foto xidməti | Aqrar sahənin müxtəlif istiqamətlərinə dair maarifləndirici xarakterli fotosessiyaların təşkili, foto arxivin formalaşdırılması | 30 | ədəd | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








