Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən 2021-ci il iyulun 27-də “Şəki şəhərinin mərkəzi ilə axan Qurcana və Dəyirmanarxı çaylarının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa edilməsi, təmiri, çay yatağının təmizlənməsi, yeni sahilbərkitmə işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün keçirilmiş təkliflər sorğusu prosedurunun nəticəsi ləğv edilmişdir.
Rayon İcra Hakimiyyəti abadlıq işləri üçün tender - ELAN EDİR
FED.az xəbər verir ki, tenderin nəticəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 4 avqust 2021-ci il tarixli AİBMDX-15/01-5/5334P nömrəli məktubuna əsasən ləğv olunmuşdur.