Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonu Mərkəzi Parkında abadlaşdırma işləri üçün açıq tender elan edir.
Tibb Universiteti tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edilə bilər.
İştirak haqqı - 200.00 manat
Hesab: AZ53CTRE00000000000002512631
VÖEN: 4100021031
Büdcə təsnifatının kodu: 142330
Büdcə səfiyyəsinin kodu: 7Y
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: BİK CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
3. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti)
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı)
6. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri
7. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə)
8. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
9. Müvafiq sahədə ixtisaslı işçi heyətinin mövcudluğunu təsdiq edən sənədlər
10. Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər
11. Tender təklifi. Təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır
12. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır.
Tender predmeti üzrə mallar (işlər və xidmətlər) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 30.12.2021-ci il tarixinə qədər təhvil verilməlidir.
Satınalma müqaviləsinin bağlanılması barədə qərar qiymətləndirmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə İddiaçılar tərəfindən təqdim olunan qiymət və digər meyarlar əsasında qəbul ediləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 25 avqust 2021-ci il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və tender təklifinin bank təminatını isə 02 sentyabr 2021-ci il tarixinə qədər (saat 17:00-dək) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.
İddiaçıların təklifləri 03 sentyabr 2021-ci il tarixində (saat 17:00-da) açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.
Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.
Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar:
Mətləb Miriyev - Sektor müdiri - baş mühasib (tel.: 025-295-11-79). [email protected]
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır