Minatəmizləmə Agentliyinin iki tenderi ləğv edilib
“Mərkəzi Neftçilər Xəstəxanası”nın tenderi niyə - LƏĞV EDİLDİ?
FED.az xəbər verir ki, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” (ANAMA) tərəfindən elan edilmiş iki ayrı satınalma müsabiqəsi təchizatçıların azlığı səbəbindən ləğv olunub.
Belə ki, ilk tender “Kibertəhlükəsizlik üzrə proqram təminatlarının alınması” ilə bağlı olub. Ləğv edilməyə səbəb olaraq “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsi göstərilib. Qanuna əsasən, satınalmada iştirak üçün təklif təqdim etmiş və tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olduğu halda tenderin keçirilməsi mümkün sayılmır.
Sözügedən müsabiqənin ehtimal olunan qiyməti 179 019 AZN təşkil edib. Tenderin dərc edilmə tarixi 30 sentyabr 2025, saat 12:14, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi isə 21 oktyabr 2025, saat 17:45 olub.
Eyni səbəbdən ləğv edilən ikinci müsabiqə “Foto və video çəkiliş üçün avadanlıqların alınması” ilə bağlı olub. Bu satınalmanın ehtimal olunan qiyməti isə 26 767 AZN müəyyənləşdirilib. Müsabiqə 26 sentyabr 2025-ci il, saat 17:13-də dərc edilib, təkliflərin təqdim olunma və zərflərin açılış tarixi isə 20 oktyabr 2025-ci il, saat 15:00 göstərilib.