Mərkəzi Bankın elan etdiyi tender ləğv edilib.
Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Şərtlərə cavab verən təklif tapılmadı - TENDER LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, sözügedən tender şifrələrin idarəetmə sisteminin dəstəklənməsi üzrə keçirilmişdi. Tenderin ləğv qərarına səbəb qanunvericiliyə əsasən tələb olunan minimum təchizatçı sayının təmin olunmaması olub, yəni təklif və təklifin təminatını təqdim etmiş, tələb olunan lisenziya və ya icazəyə malik şirkətlərin sayı üçdən az olub.
Tenderin ehtimal olunan dəyəri 45 468 manat idi. Müsabiqə 18 iyul 2025-ci ildə elan olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 11 avqust 2025-ci il saat 17:00-da həyata keçirilməli idi.