Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planından irəli gələn 2023-cü il üzrə tədbirlərin təşkilinin satın alınması ilə bağlıdır.
Satınalan təşkilatın VÖEN-i: 1700332731
Satınalan təşkilatın ünvanı: Baki sheheri Hokumet evi 4 cu qapi
Satınalma predmeti: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planından irəli gələn 2023-cü il üzrə tədbirlərin təşkilinin satın alınması
ÜSL kod (kateqoriya): 85321000-5 İnzibati sosial xidmətlər,
Müsabiqənin başlama tarixi və vaxtı: 04.04.2023 13:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.04.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.05.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 05.05.2023 10:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır
Çatdırılma yeri - Hökümət evi 4-cü qapı 2-ci mərtəbə
Hökümət evi 4-cü qapı 2-ci mərtəbə -
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 2023-cü il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır
Yalnız vergi orqanının rəsmi blankında təqdim edilməlidir. Uyğunsuzluq səbəbilə vergi orqanı tərəfindən düzəliş üçün geri qaytarılan lakin Vergi orqanı tərəfindən məqbul hesab edilməyən bəyannamələr tender komissiyası tərəfindən də, qəbul edilməyəcək)
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; -
Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - pdf formatda portala əlavə edilməlidir (elandan sonrakı tarix üzrə)
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Tender elanı tarixindən sonrakı tarixə Bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir
İddiaçının Nizamnaməsi - Şirkətin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial təsdiq olunmuş pdf formatda pdf portala əlavə edilməlidir
Qeydiyyatdan keçdiyi ölkə; Şirkətin Dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vöeni notarial təsdiq olunmuş pdf formatda əlavə edilməlidir
İddiaçının Rekvizitləri - İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; - İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Statistika komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd –pdf formatda portala əlavə edilməlidir - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir (elandan sonrakı tarix üzrə)
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonra təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd. -
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir (elandan sonrakı tarix üzrə)
İxtisas göstəriciləri:
Maliyyə vəziyyətinin uyğunluğu - elan tarixindən əvvəlki 12 ay ərzində minimum 300 min dövriyyə olmaqla (bankın rəsmi blankında təqdim edilməlidir)
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Səməd Sadıxov, məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 012-498-69-57
Tələb olunan iddiaçıların sayı: 3