Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ukrayna Ticarət Evi" MMC (VÖEN: 1404173661) ilə iki satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, həmin müqavilələrin birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının 2023-cü ildə öhdəlikdə olan tədbirlərin təşkili nəzərdə tutulur.
Bağlanmış müqavilənin dəyəri 708 944 manatdır.
Digər müqavilədə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü il birinci yarım illikdə olan müvafiq dövlət proqramlarının öhdəlikdə olan bəndlərinin icrası məqsədilə və fəaliyyət istiqamətindən irəli gələn əlamətdar günlər üzrə tədbirlərin təşkili nəzərdə tutulur.
Bu tenderin dəyəri isə 762 516 manatdır.
Ümumilkdə iki tenderin dəyəri 1 471 460 manat təşkil edir.