Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iki tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərdən birinin qalibi "Baku Holiday" MMC (VÖEN: 2901257651) seçilib.
Şirkətlə ""Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planının" 12.3.2 bəndinə uyğun olaraq, beynəlxalq və regional təşkilatların iştirakı ilə beynəlxalq konfransın təşkilinin satın alınması" 284 380 manat məbləğində müqavilə imzalanıb.
"Çap məhsullarının alınması üzrə satın alınması" kotirovka sorğusunun qalibi "Tuna"QSC (VÖEN: 1700294531) olub,
Şirkətlə 7200 manat məbləğində müqavilə imzalanıb.