Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri” tenderinə yekun vurub.
Ağstafada abadlıq işlərinə – 434 MİN MANAT XƏRCLƏNİR
FED.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi olub. Tenderin dəyəri 2 milyon 296 min 860 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Ucar Suvarma Sistemləri İdarəsi tərəfindən elan edilmiş 128 min 596 manat dəyərindəki “Suvarma kanallarının, kollektor-dren şəbəkələrinin lildən təmizləmə və torpaq işlərinin satın alınması” tenderinin də qalibi seçilib (08.12.2022).