Ağstafa Rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması ” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMColub. Şirkətlə 434 min 695.34 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Laçın Suvarma Sistemləri İdarəsinin 16 min 248.6 manat dəyərindəki “Kanalların lil və çöküntüdən təmizlənməsi işlərinin satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (29.11.2022).