Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti «Ağstafa rayonunun Köhnəqışlaq, Yaradullu və Tatlı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Aztikintiservis" MMC olub. Şirkətlə 2 milyon 413 min 038 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Quba Suvarma Sistemləri İdarəsinin 122 min 411 manat dəyərindəki “Suvarma kanallarını lildən təmizlənməzi,daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi” (14.11.2022) tenderini qazanıb.