İcbari Tibbi Sığorta Agentliyi növbəti tender elanının nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib “Rinara Pharma” MMC (VÖEN: 1601171061) seçilib
Qalib şirkətə 1 814 793 manat məbləğində müqavilə imzalanıb.
Sözü gedən tenderdə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə dərman vasitələrinin satın alınması nəzərdə tutulur.
Qeyd edək ki, “Rinara Pharma” MMC daha öncə DİN Tibb İdarəsi 237 695 manat dəyərindəki "Şəkərli diabet üzrə dərman vasitələri" tenderinin qalibi seçilib (10.02.2023).