İcbari Tibbi Sığorta Agentliyi ““Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların ehtiyat hissələrinin satın alınması (II elan)” tenderinin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Şirkətlə 333 704 manat məbləğində müqavilə imzalanıb.
"Azəri Med" QSC ən son Milli Onkologiya Mərkəzinin 24 453 000 manat dəyərindəki “Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər və xüsusu tibbi sərf materiallarının satın alınması” tenderinin qaloibi olub (19.07.2023)