Milli Onkologiya Mərkəzi “Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər və xüsusu tibbi sərf materiallarının satın alınması” tenderinin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Şirkətlə 24 453000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəri Med” QSC daha öncə Bakı Sağlamlıq Mərkəzi ilə 9 791 229 manat məbləğində “Dərman preparatlarının və tibbi sərfiyyat mallarının satınalınması” tenderi üzrə müqavilə bağlanılıb (24.11.2022).