"Medianın İnkişafı Agentliyi" PHŞ tərəfindən icarə xidmətinin satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi fiziki şəxs Orucova Ruhiyyə Müseyib qızı olub. Müqavilənin dəyəri 203 869 manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə baş tutub. Bu xanım sahibkarın ilk icarə tenderidir.










