Aqrar İnkişaf və Kredit Agentliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Lizinq portfelinin yığımı üçün və Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması" tenderinin qalibi "Azerlex Group" MMC (VÖEN: 1401760041) seçilib.
Şirkətlə 228 330 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
"Azerlex Group" MMC daha öncə də agentliklə eyni adlı tender üzrə 21.06.2022 tarixində 252 756 və 16.05.2021-ci il tarixində 293 820 manat məbləğində müqavilələr bağlayıb.