Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsərrüfat mallarının və hədiyyələrin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1603326271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti 134
Müsabiqənin başlama tarixi və vaxtı: 14.09.2023 10:59
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 04.10.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.10.2023 11:00
Zərflərin açılış tarixi və vaxtı: 13.10.2023 11:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
2.Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
3.İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı
4.İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
5.İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması
6.Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
7.Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
8.Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
9.Hüquqi statusunu təsiq edən sənədlər
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Emin Xanlarov, Korporativ xidmətlər departamentinin Təchizat şöbəsinin aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 0124040401