Müdafiə Nazirliyi Azərbaycan Ordusu üçün müxtəlif növ hədiyyəlik geyimlərin və suvenirlərin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
Müsabiqənin başlama tarixi və vaxtı: 05.07.2023 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 25.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 03.08.2023 10:00
İcraçının təhvil verilmiş mallara uyğun təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma üsulu ilə.
Çatdırılma yeri - Müdafiə Nazirliyi
Çatdırılma müddəti - Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra 1 (bir) ay ərzində tam təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması haqqında sənəd.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sahibkarlıq subyektinin bölgüsü haqqında arayış.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması.
İddiaçının Nizamnaməsi (iddiaçı fiziki şəxs olmadığı halda).
Malgöndərənin (podratçının) vergi uçotunda olduğunu təsdiq edən sənədin və kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti.
Rekvizitlər
Müqaviləni imzalamaq hüququ olan şəxsin şəxsiyyətini müəyyən edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti.
Maliyyə vəziyyəti haqqında bank arayışı
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Vüqar Abbasov, Tender komissiyasının üzvü
Email: [email protected]
Əlaqə telefonu: 012-539-80-60
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Xatirə hədiyyəsi 15x19 sm ölçüdə |
“QAFQAZ QARTALI – 2023” birgə təliminə xatirə hədiyyəsi 15x19 sm ölçüdə lövhə formasında taxta materialdan hazırlanmalıdır. Taxta lövhənin üzərində birinci sırada Türkiyə, Azərbaycan və Gürcüstan Respublikalarının dövlət bayraqları, ikinci sırada həmin Respublikaların “Xüsusi Təyinatlı Qüvvələr”inin loqoları, aşağı hissəsində isə tədbirə aid xatirə sözləri həkk olunmalıdır (Şəkil 1-də qeyd olunmuş xatirə sözləri). Lövhənin kənarları bəzək naxışları ilə işlənməlidir. Ölçüsünə uyğun məxməri parça örtüklü qutu ilə birlikdə təhvil verilməldir. (Təsviri şəkil №1-ə uyğun) |
80 |
ədəd |
2 |
Xatirə hədiyyəsi 19x24 sm ölçüdə |
“QAFQAZ QARTALI – 2023” birgə təliminə xatirə hədiyyəsi 19x24 sm ölçüdə lövhə formasında taxta materialdan hazırlanmalıdır. Taxta lövhənin üzərində birinci sırada Türkiyə, Azərbaycan və Gürcüstan Respublikalarının dövlət bayraqları, ikinci sırada həmin Respublikaların “Xüsusi Təyinatlı Qüvvələr”inin loqoları, aşağı hissəsində isə tədbirə aid xatirə sözləri həkk olunmalıdır. (Şəkil 2-də qeyd olunmuş xatirə sözləri). Lövhənin kənarları bəzək naxışları ilə işlənməlidir. Ölçüsünə uyğun məxməri parça örtüklü qutu ilə birlikdə təhvil verilməldir. (Təsviri şəkil №2-ə uyğun) |
20 |
ədəd |
3 |
Dairəvi formalı xatirə hədiyyəsi 17 sm diametrində |
“QAFQAZ QARTALI – 2023” birgə təliminə xatirə hədiyyəsi diametri 17 sm ölçüdə olan çevrə formasında taxta materialdan hazırlanmalıdır. Çevrənin mərkəzində arxa fonda Azərbaycan Respublikasının dövlət bayrağı üzərinə isə “Xüsusi Təyinatlı Qüvvələr”in loqosu işlənməlidir. Loqonun yuxarı hissəsində “AZƏRBAYCAN ORDUSU” aşağı hissəsində “XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR KOMANDANLIĞI” sözləri yazılmalıdır. Ölçüsünə uyğun məxməri parça örtüklü qutu ilə birlikdə təhvil verilməldir. (Təsviri şəkil №3-ə uyğun) |
100 |
ədəd |
4 |
“BİR MİLLƏT HƏR NƏSİLDƏ YENİDƏN DOĞAR” loqolu 10 sm diametrli xatirə medalı |
“QAFQAZ QARTALI – 2023” birgə təliminə xatirə medalı diametri 10 sm ölçüdə olan metal materialdan hazırlanmalıdır. Medalın iki səthi olmalıdır. Üz səthində Xüsusi Təyinatlı Qüvvələrin loqosu, loqonun yuxarısında Azərbaycan Respublikasının dövlət bayrağı işlənməlidir, bayrağın yuxarısında “VƏTƏNƏ SƏDAQƏTİM ŞƏRƏFİMDİR”, medalın aşağı kənarında düz xətt boyunca “XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR KOMANDANLIĞI” sözləri yazılmalıdır. Medalın arxa səthinin aşağı kənarında palıd yarpağı “1999” işlənməli, məkəzində “BİR MİLLƏT HƏR NƏSİLDƏ YENİDƏN DOĞAR” yuxarı kənarında “XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR KOMANDANLIĞI” sözləri yazılmalıdır. Ölçüsünə uyğun məxməri parça örtüklü qutu ilə birlikdə təhvil verilməldir. (Təsviri şəkil №4-ə uyğun) |
100 |
ədəd |
5 |
“VƏTƏNİM, MİLLƏTİM, BAYRAĞIM, ŞƏRƏFİM” loqolu 10 sm diametrli xatirə medalı |
“QAFQAZ QARTALI – 2023” birgə təliminə xatirə medalı diametri 10 sm ölçüdə olan metal materialdan məxməri örtüklü qutu ilə birlikdə hazırlanmalıdır. Medalın üz səthində Xüsusi Təyinatlı Qüvvələrin loqosu, loqonun yuxarısında Azərbaycan Respublikasının dövlət bayrağı işlənməlidir, bayrağın yuxarısında “VƏTƏNƏ SƏDAQƏTİM ŞƏRƏFİMDİR”, medalın aşağı kənarında düz xətt boyunca “XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR KOMANDANLIĞI” sözləri yazılmalıdır. Medalın arxa səthinin aşağı kənarında palıd yarpağı “1999” işlənməli, məkəzində “VƏTƏNİM, MİLLƏTİM, BAYRAĞIM, ŞƏRƏFİM” yuxarı kənarında “XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR KOMANDANLIĞI” sözləri yazılmalıdır. Ölçüsünə uyğun məxməri parça örtüklü qutu ilə birlikdə təhvil verilməldir. (Təsviri şəkil №5-ə uyğun) |
100 |
ədəd |
6 |
Şəffaf şüşə uzərində loqolar həkk olunmuş xatirə hədiyyəsi |
“QAFQAZ QARTALI – 2023” birgə təliminə xatirə hədiyyəsi hündürlüyü 15 sm, eni 10 sm, qalınlığı 10-15 mm lövhə formalı şəffaf şüşə materialdan qara rəngli dayaqla məxməri örtüklü qutu ilə birlikdə hazırlanmalıdır. Lövhənin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin loqosu həkk olunmalıdır. Loqonun yuxarısında “VƏTƏNƏ SƏDAQƏTİM ŞƏRƏFİMDİR”, aşağı hissəsində isə “XÜSUSİ TƏYİNATLI QÜVVƏLƏR KOMANDANLIĞI” sözləri yazılmalıdır. Ölçüsünə uyğun məxməri parça örtüklü qutu ilə birlikdə təhvil verilməldir. (Təsviri şəkil №6-a uyğun) |
100 |
ədəd |
7 |
Qısaqol futbolka QAFQAZ QARTALI – 2023” loqolu |
Futbolka düz siluetlidir, qolu qısadır. Qolu qoldibinə tikiləndir. Boyun kəsiyi dairəvidir rezinləşdirilmiş köbə ilə işlənməlidir. Futbolkanın sol döş səviyyəsində Xüsusi Təyinatlı Qüvvələrinin loqosu, loqodan aşağı mərkəzə tünd cəhrayi rəngli beretin şəkili həkk olunmalıdır. Azərbaycan və İngilis dillərində loqonun ətrafında “Sədaqətim Şərəfimdir”, beretin ətrafında isə “Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr” sözləri yazılmalıdır. Futbolkanın kürək hıssəsində “QAFQAZ QARTALI – 2023” birgə təliminin emblemi həkk olunmalıdır. (müxtəlif ölçülərdə - S, M, L, XL, 2XL hər ölçüdən 50 ədəd olmaqla). (Təsviri şəkil №7-ə uyğun) |
250 |
ədəd |
8 |
Qısaqol futbolka “Dəmir Yumruq” simvollu |
Futbolka düz siluetlidir, qolu qısadır. Qolu qoldibinə tikiləndir. Boyun kəsiyi dairəvidir rezinləşdirilmiş köbə ilə işlənməlidir. Futbolkanın sol döş səviyyəsində Xüsusi Təyinatlı Qüvvələrinin loqosu, loqodan aşağı mərkəzə tünd cəhrayi rəngli beretin şəkili həkk olunmalıdır. Azərbaycan və İngilis dillərində loqonun ətrafında “Sədaqətim Şərəfimdir”, beretin ətrafında isə “Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr” sözləri yazılmalıdır. Futbolkanın kürək hıssəsində “Dəmir Yumruq” simvolu həkk olunmuşdur. (müxtəlif ölçülərdə - S, M, L, XL, 2XL hər ölçüdən 50 ədəd olmaqla). (Təsviri şəkil №8-ə uyğun) |
250 |
ədəd |
9 |
Furajka (kepka) “QAFQAZ QARTALI – 2023” loqolu |
Furajka günlükdən və 5 ədəd xiştəkdən ibarətdir, ağ və qara rənglərdə yapışqanlı araqatı ilə hazırlanmalıdır. Furajkanın ön xiştəyinə “QAFQAZ QARTALI – 2023” birgə təliminin emblemi həkk olunmalıdır. (ağ və qara rəngli hər rəngdən 125 ədəd olmaqla). (Təsviri şəkil №9-a uyğun) |
250 |
ədəd |
10 |
Hədiyyə üçün dəstəkli kağız paketi 24x32 sm ölçülü |
Hədiyyə paketi ağ rəngli eni 24 sm, hündürlüyü 32 sm olçüdə karton kagızdan hazırlanmalıdır. Hədiyyə paketinin əldə daşınması üçün ipli dəstək bərkidilməlidir. Hədiyyə paketinin üzərinə Müdafiə Naziriliyinin emblemi həkk olunmalıdır. (Təsviri şəkil №10-a uyğun) |
300 |
ədəd |
11 |
Hədiyyə üçün dəstəkli kağız paketi 27x40 sm ölçülü |
Hədiyyə paketi ağ rəngli eni 27 sm, hündürlüyü 40 sm olçüdə karton kagızdan hazırlanmalıdır. Hədiyyə paketinin əldə daşınması üçün ipli dəstək bərkidilməlidir. Hədiyyə paketinin üzərinə Xüsusi Təyinatlı Qüvvələrinin emblemi həkk olunmalıdır. (Təsviri şəkil №10-a uyğun) |
800 |
ədəd |
12 |
Şəxsi jeton |
Şəxsi nömrəli jeton qalınlığı 1,5-2 mm olan oval formalı lövhə şəklində odadavamlı paslanmayan metaldan hazırlanır. Jetonun ölçüləri üfüqi xətt üzrə - 45 mm, şaquli xətt üzrə - 26 mm - dir. Jetonun üz tərəfində üfüqi xətt, xəttin üst tərəfində "AO", alt tərəfində jetonun seriya və nömrəsi ştamplanmışdır. Bu yazıların sol tərəfində 4 mm diametrli dəlik olur. (Təsviri şəkil №11-ə uyğun) |
2.500 |
ədəd |