Minatəmizləmə Agentliyi generator, hava kompressoru, drel, laqunda, otbiçən, maşın yuyan, qaynaq aparatları və digər avadanlıqların satın alınması üzrə tender elan edir.
Agentlik tender elan edir - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 11.05.2022 10:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
İddiaçının rekvizitləri - iddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiq edilməli və təqdim olunmalıdır.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir. Sənəd elektron formada alındıqda notarial qaydada təsdiqli olmalıdır.
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış - sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir.
İddiaçının nizamnaməsi - sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə - sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı - sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Fuad Əfəndiyev
Əlaqə: 055-710-17-00; 055-455-31-30