İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC olub.
Qalib şirkətlə 312 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.