“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” sedan tipli nəqliyyat vasitəsinin satın alınması üçün açıq müsabiqə elan edib.
FED.az xəbər verir ki, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi sedan tipli nəqliyyat vasitəsinin satın alınması ilə bağlı açıq müsabiqə elan edib.
Satınalmanın ehtimal olunan qiyməti 56 min 550 manatdır.
Müsabiqə 12 sentyabr 2025-ci il saat 16:54-də dərc olunub. Təkliflərin son təqdim olunma tarixi və vaxtı 19 sentyabr 2025-ci il saat 17:00-dır. Zərflərin açılışı da həmin tarixdə – saat 17:00-da həyata keçiriləcək.
Əlaqələndirici şəxs – Aysel İlyasova, böyük mütəxəssis.
E-poçt: [email protected]
Telefon: +994 12 525 50 26
İddiaçılar təkliflərini 19 sentyabr 2025-ci il tarixinədək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 86 ünvanına təqdim edə bilərlər.
Avtomobil üçün tələblər:
İstehsal ili: 2025
Mühərrik həcmi (minimal) : 1900-2400 sm/kub, 3-5 silindr,
Transmissiya : CVT,
Yanacaq növü : Benzin/ Hibrid, Yanacaq çəni tutumu 45-55 l
, Ölçülər (U,E,H) ( minimal) 4900/1800/1400 sm, Klirens 140-150 (mm), Sürüş - eco-normal-sport,
Eksteryer : ( minimal) Sükanda audio və telefon idarəetmə sistemi , led ön işıqlar, duman işıqları led, Təkərlər: 235/45R19, korpus rəngi: bir rəng, rəng razılaşdırılmalı,
Oturacaq materialı: Dəri oturacaqlar alikantarla birgə, işəsalma sistemi -Açarsız daxilolma və bir toxunuşla işəsalma , Stabilliyə nəzarət sistemi - VSC, ABS, parking support alt/brake, parking brake, Adaptiv Kruiz Kontrol, Təhlükəsizlik yastıqları ( sürücü və sərnişin), 2-3 zonalı avtomatik kondinsioner, arxa görüntü kamerası, multimedia displeyi