Dövlət Məşğulluq Agentliyi “Dövlət Məşğulluq Agentliyi tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi üzrə tədris materiallarının hazırlanması və maddi-texniki bazanın beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə məsləhət xidmətlərinin satın alınması” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Müsabiqə dekabr ayının 21-də başlayır. Tələb olunan sənədlər yanvarın 17-dək, təkliflər isə yanvarın 26-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 27-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Çatdırılma müddəti: 12 ay müddətində
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Peşə və ixtisaslara olan tələbatın müəyyən edilməsi məqsədi ilə Gəncə -Daşkəsən iqtisadi rayonu üzrə ekspress əmək bazarı araşdırmasının aparılması və sifarişçiyə hesabatın elektron daşıyıcıda təqdim olunması |
İqtisadi rayonu əhatə edən fərqli sektorlarda minimum 20 mikro, 60 kiçik, 30 orta və 2 iri işəgötürən arasında sorğu (sorğu anketinin forması sifarişçi ilə razılaşdırılmaqla) aparılmalıdır. Sorğu üzrə hesabatda Müəssənin adı, VÖEN, rəyi soruşulan səlahiyyətli əməkdaşın soyadı, adı, vəzifəsi, əlaqə telefon nömrəsi, elektron poçt ünvanı və cavabı əks olunmalıdır. Hesabatda araşdırma nəticəsi təhlil edilərək tələb olunan 15 peşə istiqaməti barədə məlumat təqdim edilməlidir. |
1 |
ədəd |
2 |
Peşə Hazırlıq Mərkəzinin (bundan sonra Mərkəz) işşiz və işaxtaran şəxslərin peşə hazırlığının həyata keçirilməsi istiqamətində ümumi fəaliyyət konsepsiyasının hazırlanması |
PHM-də ümumi fəaliyyətin (tədris, təlim, inzibati, əməkdaşlıq) təşkili barədə konseptual sənəd |
1 |
ədəd |
3 |
Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayonda prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarının (sillabusların) və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması və elektron daşıyıcıda sifarişçiyə təqdim olunması |
Hazırlanmış təlim materiallarına müvafiq peşə sahəsi üzrə ən azı 10 il təcrübəyə malik 3 (üç) mütəxəssis tərəfindən rəy verilməlidir. |
15 |
ədəd |
4 |
Hazırlanmış tədris proqramları (sillabuslar) və təlim materialları əsasında təlim keçəcək pedaqoji və inzibati/mütəxəssis heyətinin sifarişçinin müəyyən edəcəyi meyarlar üzrə seçilməsi və onlar üçün təlimin təşkili |
Təlimçilər təlim proqramını və təlim materiallarını hazırlamış mütəxəssislər olmalıdır. (Təlimlər 30 nəfərə keçiriləcək. Hər qrupda 15 nəfər olmaqla 5 günlük təlim keçirilməlidir.) 30 (otuz) nəfər |
10 |
gün |
5 |
Təlim nəticələrinə dair hesabatın elektron daşıyıcıda sifarişçiyə təqdim olunması |
Təlim prosesinin video formatında çəkilişi aparılmalı və video təlimat formatında hesabata əlavə olunmalıdır. |
1 |
ədəd |
6 |
Əsas Fəaliyyət Göstəriciləri (KPİ-Key Performance Indicators) üzrə Prosedur-Təlimatların hazırlanması |
Əsas Fəaliyyət Göstəriciləri (KPİ) üzrə təlimatların hazırlanması 1. Hədəflərin tərtib olunması üzrə Təlimat 2. Əsas performans göstəriciləri indikatorlarının tərtib edilməsi üzrə Təlimat 3. İcra səmərəliliyinin monitorinqinin aparılması 4. Fəaliyyətin qiymətləndirilməsi üzrə Təlimat 4 (dörd) Təlimat |
4 |
ədəd |
7 |
Ekspres araşdırmanın nəticələrinə əsasən iqtisadi rayon üzrə prioritet hesab olunan 15 peşə və ixtisas üzrə tədris proqramlarına uyğun tədrisin təşkili üçün zəruri avadanlıqların, alətlərin müəyyən edilməsi və texniki spesifikasiyasının tərtib edilməsi |
Texniki spesifikasiyanın uyğunluğu müvafiq peşə sahəsi üzrə nəzəri biliklərə və ən azı 10 il praktik təcrübəyə malik peşə üzrə ali təhsilli mütəxəssis (ekspert) tərəfindən rəy verilməlidir. |
1 |
ədəd |
8 |
Ekspress araşdırmanın nəticələrinə dair hazırlanmış tədris poqramlarına (sillabuslar) uyğun müdavimlərin səriştələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üzrə prosedur təlimatların hazırlanması |
Hazırlanmış tədris poqramlarına (sillabuslar) uyğun müdavimlərin səriştələrinin qiymətləndirilməsi sisteminin tətbiqi üzrə prosedur təlimatları (kağız daşıyıcı və video təlimat formatında) hazırlanmalıdır |
1 |
ədəd |
9 |
Tədris proqramlarına (sillabuslar) və beynəlxalq standartlara uyğun akkreditasiyaya/sertifikasiya sisteminin qurulması üzrə təlimatların hazırlanması |
Beynəlxalq standart üzrə təməl tələbləri əks etdirən Prosedur-təlimatların hazırlanması |
1 |
ədəd |
10 |
Qiymətləndirmə metodlarından istifadə təcrübəsinin Mərkəzin müvafiq heyətinə aşılanması, mütəxəssislərin bu sahədə hazırlıq səviyyəsinin artırılması üzrə təlimin keçirilməsi |
Təlim video formatında çəkilməli və video təlimat formatında təhvil verilməlidir. 15 (on beş) nəfər üçün |
10 |
gün |
11 |
Gəncə Peşə Hazırlıq Mərkəzinin beynəlxalq keyfiyyət standartları olan İSO 9001, 14001 və 45001 üzrə sertifikasiyaya hazırlanması üçün inteqrasiya edilmiş keyfiyyət sisteminin qurulması; |
İSO 9001, 14001 və 45001 üzrə sertifikasiyaya hazırlanması üçün inteqrasiya edilmiş keyfiyyət sisteminə dair bütün prosedurların hazırlanması və sertifikasiyanın təşkili |
3 |
ədəd |