"Sosial Xidmətlər Agentliyi" Publik Hüquqi Şəxsi (VÖEN – 1405196831) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzilin satınalınmasıdır. Ehtimal olunan qiymət 1 262 250 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 18 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Fəridə Əlixanlı - Satınalmanın təşkili şöbəsinin baş mütəxəssisi
[email protected]
+994 12 525 41 30
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 18 mart 2026-cı il tarixinə qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.











