“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ respublika ərazisində magistral yollarda nişanlanma və xətlənmə işlərinin görülməsi ilə bağlı iki tenderə yekun vurub.
Dövlət qurumunun 10 milyon manatlıq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, hər iki tenderin qalibi "STP-Btech" MMC (VÖEN: 2907446991) olub.
Şirkət “magistral yollarda nişanlanma işləri” üzrə 33 549 225 AZN, “magistral yollarda xətlənmə işləri” üzrə isə 11 465 232 AZN məbləğində müqavilələr imzalayıb. Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Beləliklə, qalib şirkətin bu iki tender üzrə ümumi sifariş dəyəri təxminən 45 milyon AZN təşkil edir.
Qeyd edək ki, “STP-Btech” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 400 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emre Yalçındır. Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev, Texno-Park sahəsində yerləşir.