Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) “Anbar icarəsi üzrə xidmətlərin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət fondu ofis icarəyə götürür - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi “Tez Logıstıcs” MMC olub.
Qalib şirkətlə 62 587 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən Azərkosmos 500 m(2) qapalı beynəlxalq standartlara cavab verən,mühafizə, kamera və sətəm qaydaları mövcud olan, stellajlı anbar, 1 180 m(2) isə qapalı beynəlxalq standartlara cavab verən,mühafizə, kamera və sətəm qaydaları mövcud olan, stellajsız anbar sahəsi icarəyə götürəcək. İcarə müddəti 8 ay təşkil edir.