“Sosial Xidmətlər Agentliyi” (VÖEN: 1405196831) iki açıq tender elan edib.
FED.az xəbər verir ki, birinci müsabiqəyə əsasən, Ağdaş rayonunda 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 3 milyon 687 min 250 manatdır. Müsabiqə 24.09.2025-ci il saat 18:14-də dərc olunub, təkliflərin son təqdim tarixi isə 23.10.2025, saat 16:00-dır. Zərflərin açılışı həmin tarixdə, saat 16:00-da həyata keçiriləcək.
İkinci müsabiqə isə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin satın alınmasını əhatə edir. Bu layihənin ehtimal olunan qiyməti 2 milyon 866 min 80 manatdır. Müsabiqə 24.09.2025-ci il saat 18:17-də dərc olunub, təkliflərin son təqdim tarixi 23.10.2025, saat 17:00-dır. Zərflərin açılışı həmin tarixdə, saat 17:00-da keçiriləcək.
Hər iki müsabiqə üzrə:
-
İştirak haqqı: 1000 manat
-
İstifadə haqqı: 25 manat
Əlaqələndirici şəxs: Fəridə Əlixanlı, Satınalmanın təşkili şöbəsinin böyük mütəxəssisi
[email protected]
+994 12 525 41 30
İddiaçılar təkliflərini 23.10.2025-ə qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi, bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.