Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması” tenderinin nəticələrini elan edib.
“afsi.gov.az" veb saytı yenidən qurulur - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Az Softvare System” QSC olub.
Qalib şirkətlə 6 560 800 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Az Softvare System” QSC 2016-cI ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Oqtay Hacıyev Rafiq oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Mərdanov Qardaşları, ev 117c,Ritz Plaza, M. 6-cı mərtəbə ünvanında yerləşir.
Bağlanmış müqaviləyə əsasən aşağıdakı cədvəldə qeyd olunmuş xidmətlər satın alınacaq :
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
1 |
TİCARƏT BƏLƏDÇİSİ modulu (Trade Guide) |
- HS KODLARIN universal axtarış altmodulu - XİF iştirakçısı ƏMƏLİYYATLARI altmodulu - TEXNİKİ ƏMƏLİYYATLAR |
1 |
ədəd |
43232305 |
2 |
REZERVASİYA modulu (Booking) |
- SATICILAR altmodulu - ALICILAR altmodulu |
1 |
ədəd |
43232305 |
3 |
TİCARƏT XİDMƏTLƏRİ modulu (Trade Services) |
- İstifadəçi İdarəetmə Paneli - Sənədlərin əldə edilməsi üçün müraciətlərin göndərilməsi - Dövlət orqanları ilə inteqrasiya |
1 |
ədəd |
43232305 |
4 |
TİCARƏT XİDMƏTLƏRİ səhifəsi (Landing page) |
- Ticarət xidmətləri səhifəsi (Landing page) - Məlumat lövhəsi (dashboard) (Alıcı/Satıcı istifadəçi tipləri üçün) səhifəsi - Məktublar və ismarıclar - Sənədlər, o cümlədən lisenziya və icazələr - Yük məlumatları səhifəsi - Təkliflər (Quotes) - Xidmətlər və müraciətlər səhifəsi - Ödənişlər səhifəsi - Bildirişlər |
1 |
ədəd |
43232305 |
5 |
DASHBOARD (istifadəçi tipi - ALICI/SATICI) |
- Ana səhifə - Məktublar və ismarıclar - Lisenziya və İcazələr - Xidmətlər və müraciətlər - Ödənişlər - Bildirişlər |
1 |
ədəd |
43232305 |
6 |
İSTİFADƏÇİ modulları |
Sahibkarlar (Alıcı, Satıcı) - Dövlət Qurumları Platforma daxilində nəzərdə tutulan Sahibkar hesabı vacib funksionallığı və alətləri təmin edir. Burada sahibkarlar müxtəlif məhsullar haqqında geniş məlumata çıxış əldə edə, ticarət təklifləri yarada, ticarət əməliyyatlarını idarə edə, cari əməliyyatlar haqqında statistik məlumat əldə edə, tərəfdaşlarla, o cümlədən daşıyıcılarla əlaqə və kommunikasiya qura, həmçinin lazımi lisenziya və icazələr barədə məlumat əldə edə, onlara dair müvafiq dövlət qurumlarına müraciət edə bilirlər. Bütün bu imkanlar onlara beynəlxalq ticarət əməliyyatlarını effektiv şəkildə idarə etməyə və dünya bazarında öz bizneslərini genişlətməyə imkan verir. |
1 |
ədəd |
43232305 |
7 |
STATİK SƏHİFƏLƏR |
- Haqqımızda - Qanunvericilik - Media - İxracatçılar üçün - Xidmətlər - Digər - Açıq məlumatlar (for integration) |
1 |
ədəd |
43232305 |
8 |
ADMİN PANEL modulu |
- İstifadəçilərin İdarəsi: - Məzmunun İdarə Edilməsi: - Təhlükəsizlik Monitorinqi: - Təhlil və Hesabatlar: - Resursların İdarə Edilməsi: - Kommunikasiyaların İdarə Edilməsi: - Lisenziyalar və İcazələrin İdarə Edilməsi: - Məzmunun Moderasiyası: - Ödənişlər və Maliyyə İdarəetmə: - Ehtiyat Nüsxələnmə və Bərpa: - Serverlərin Quraşdırılması və İdarə Edilməsi: |
1 |
ədəd |
43232305 |
9 |
LİSENZİYALAR VƏ İCAZƏLƏR modulu: (xidmətlərə dair sistemlərlə inteqrasiya) |
- Lisenziyalar: (aidiyyatı qurumlar ilə qismən inteqrasiya) - İcazələr: (aidiyyatı qurumlar ilə qismən inteqrasiya) |
1 |
ədəd |
43232305 |