Bakı Nəqliyyat Agentliyi "Bakı Nəqliyyat Agentliyinin balansında olan yeraltı avtomobil dayanacaqlarında avtonəqliyyat vasitələrinin giriş-çıxışını təmin etmək üçün istifadə olunan biletlərin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "CARDINALIA SEPTEM GROUP" MMC (VÖEN: 1404208401) seçilib.
Tenderin dəyəri 23 600 manatdır.
Sifarişdə 200 000 ədəd biletin alınması nəzərdə tutulub.
Qeyd edək ki, şirkət bundan əvvəl də agentlikdən eyni adlı tenderin qalibi olub. (15.07.2022)