Bakı Nəqliyyat Agentliyi texniki dəstək xidmətləri ilə bağlı böyük tender elan edir.
FED.az xəbər verir ki, tender elanı “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması”ilə bağlıdır.
Tenderdə iştirak haqqı 1000 manatdır. Müsabiqə fevral ayının 2-də başlayır.Tələb olunan sənədlər fevralın 22-dək, təkliflər isə martın 2-dək təqdim edilməlidir. Zərflər mart ayının 3-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1503112971
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov 111
Çatdırılma yeri: Bakı şəhəri, Ziya Bünyadov 111 Çatdırılma müddəti: Əsas Şərtlər Toplusuna uyğun olaraq