Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi “2 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satın alınması ilə bağlı açıq tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, icarə xidməti "Avtomotoservis" ASC-yə həvalə olunub.
Qalib şirkətə 2 milyon 015 min 379 manat ödəniləcək.
Qeyd edək ki, şərtlərə görə binanın yerləşdiyi ərazi: Bakı şəhəri. Zona 10. Ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) min 1293.9 m². (1293.9 m²-dən çox olan ofis sahəsi üçün ödəniş nəzərdə tutulmur) ofis binası təmirli olmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarışın və ya əmlakın mülkiyyətçiyə məxsusluğunu təsdiq edə bilən hüquqi qüvvəyə malik sənəd olmalıdır. Təklif edilən ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemlərinə malik olmalıdır. Generator, işıqlandırma, havalandırma və yanğınsöndürmə sistemləri tam və işlək vəziyyətdə olmalıdır. Ofislərin otaqlarının iç qapıları quraşdırılmış, divarları boya ilə boyanmış və ya divar kağızları ilə yapışdırılmış olmalıdır. Ofislərin iş otaqları pəncərəli olmalıdır. Tualet və vanna otaqları kafel və metlaxla üzlənmiş, santexnika avadanlıqları ilə təchiz olunmalıdır. Kommunikasiya xətləri mövcud olmalıdır. Ofislərin yerləşdiyi binada lift olmalıdır. Ofislər daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış olmalıdır.