Sosial Xidmətlər Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlillərə avtomobillərin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 1000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1405196831
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2
Müsabiqənin başlama tarixi və vaxtı: 22.05.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.06.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 22.06.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 23.06.2023 15:00
Çatdırılma yeri - Bakı şəhəri, Ziya Bünyadov pr. 1965
Çatdırılma müddəti - Müqavilə imzalandığı tarixdən 30.12.2023-cü il tarixə kimi
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nəsimi Kərimzadə, Satınalmalar üzrə aparıcı mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-525-41-30 (daxili: 5158)
Avtomobilin tipi: Sedan 4 qapılı Buraxılış ili: min 2022 Mühərrik həcmi: 1.5-2 L Sürət qutusu: Mexaniki sürət qutusu Rəng: Ağ Ötürücü: Ön Yanacaq növü: Benzin Yürüş: 0 km Texniki servis xidməti mövcud olsun Zəmanət: 50.000 km Təhlükəsizlik: Sürücü və ön sərnişin üçün təhlükəsizlik yastıqları, ABS, mərkəzi kilidləmə, park radar, təhlükəsizlik sistemi İnteryer: Parça salon, kondisioner, elektrik tənzimlənən sürücü və sərnişin oturacağı (bel hissəsi), ön və arxa pəncərələrin elektrik tənzimlənməsi, elektriklə idarə olunan güzgülər, arxa şüşənin qızdırıcısı, tənzimlənən sükan -sayı 181 ədəd |