Sosial Xidmətlər Agentliyi "Sosial Xidmətlər Agentliyinin Aparatı üçün xidməti avtomobilin satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Subaru Azərbaycan" MMC (VÖEN: 1400968521) seçilib.
Qalib şikrətə 68 600 manat ödəniləcək.
Qeyd edək ki, minik avtomobili üçün verilən tələblər bunlardır:
Avtomobilin tipi: Offroader Buraxılış ili: Minimum 2022 Yürüş: 0 km Mühərrikin işçi həcmi: 2400-2500 aralığında (kub sm). Mühərrikin gücü: 180-190 a.g. Yanacaq növü: Benzin Ötürücü transmissiya: Pilləsiz (CVT) transmissiya, 4X4, 4WD Yanacaq çəninin həcmi: 50-60 litr aralığında, emissiyası Euro 6 Rəngi: Qara Ölçüləri: Uzunluq x En x Hündürlük - 4700-4800mm / 1800-1900mm / 1700-1800mm aralıqlarında Avtomobilin çəkisi: 1600-1700 kq aralığında Oturacaqların sayı: 7 İnteryer: Sintetik Dəri örtüklü sürücü və ön sərnişin qızdırılan oturacaqları, Açarsız daxilolma və açarsız işəsalma, Mərkəzi kilid sistemi, Elektrik tənzimlənən, qatlanan və qızdırılan yan güzgülər Eksteryer: Arxa görüntü kamerası, Qabaq arxa park radarları Təhlükəsizlik: OFF ROAD MODE (MUD/SNOW, TARMAC və ROCK), Emergency Stop signal System (ESS), Yoxuşda dəstək sistemi (HSA), Enişə nəzarət sistemi (HDC) Zəmanət müddəti: min. 3 il və ya 100.000 km Komplektasiyaya daxil edilməli: ayaqaltılar, tibbi çanta (aptekça), yanğınsöndürmə balonu, qəza dayanma nişanı (üçbucaq formada)
Əlavə məlumat üçünq qeyd edək ki, "Subaru Azərbaycan" MMC daha öncə Dövlət Reklam Agentliyi Gəncə Reklam Regional İdarəsinin 60 400 manat dəyərindəki " Dövlət Reklam Agentliyinin Gəncə Regional Reklam İdarəsi tərəfindən yeni Pikap tipli nəqliyyat vasitəsinin satın alınması" tendeinin qalibi seçilib (12.10.2022)
Şirkət 12.09.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 700 020 manatdır. Qanuni təmsilçisi Elçin Əsədov Qamət oğludur. Hüquqi ünvanı, Az0100, Bakı şəhəri, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesində yerləşir