"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" (AYNA) PHŞ (VÖEN – 1506095421) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Bakı şəhərinin müxtəlif ünvanlarında, həmçinin Agentliyin balansında olan bina və qurğuların əsaslı təmizlənməsi, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər analoji xidmətlərin satın alınmasıdır. Ehtimal olunan qiymət 1 428 102 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 21 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Etibar m. - Mütəxəssis
[email protected]
+994 12 566 52 58
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 21 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 5 ünvanına təqdim edə bilərlər.












