"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi tərəfindən Füzuli şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində TSTQT işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Protean Construction" Açıq Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 12 milyon 41 min manat 25 qəpik təşkil edir. Ehtimal olunan qiymət isə 17 milyon 450 min 725 manat idi.
Qeyd edək ki, "Protean Construction" ASC bu yaxınlarda (04.11.2025) Qarabağ zonasında daha bir tenderin qalibi olub. Şirkət “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən Zəngilan şəhəri yaşayış məhəlləsində mühəndis təminatı və transformator binası işlərinin satın alınması üzrə keçirilən tenderi qazanıb. Həmin müqavilənin dəyəri 1 milyon 88 min 601 manat təşkil edib.
Qeyd edək ki, “Protean Construction” ASC (VÖEN : 9900062801) 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.











