Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti “Ağdam rayonu, Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Ağdamda yaşayış binalarının tikintisinə 100 milyondan çox - PUL XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN: 3100026151) olub.
Qalib şirkətə 29 983 234 manat ödəniləcək.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 17.09.2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 2, ev.1 ünvanında yerləşir.