“Azərişıq” ASC “Ağdam şəhəri ərazisində tikintisi planlaşdırılan yaşayış məhəllələrinin enerji təchizatının təmin olunması məqsəsilə baş plana uyğun olaraq layihələndirilmiş ərazilərin hər birində bir ədəd 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Qarabağın 2 rayonunda elektrik yarımstansiyaları tikilir - 7 MİLYONLUQ TENDERLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub.
Qalib şirkətlə 7 994 909 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.