Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderdə Ağdam rayonu, Kəngərli kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə II fazanın qalıq torpaq həcmlərinin şaquli planlaşdırma işlərinin satın alınması nəzərdə tutulur.
Qalib şirkət 19 saylı Tikinti Təmir İdarəsi olub.
Müqavilənin dəyəri 1 946 386 manatdır.