Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən elan edilən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə binaların tikintisi işləri” tenderi ləğv edilib.
"Azkommunlayihə" avtomobillər alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, ləğv edilmə səbəbi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən izah olunub. Belə ki, təklifi və təminat sənədlərini təqdim etmiş, həmçinin müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olub. Bu isə müsabiqənin davam etdirilməsini qanuni baxımdan mümkünsüz edib.
Tenderin ehtimal olunan dəyəri 9.476.492,18 manat idi. Müsabiqə 22 aprel 2025-ci il tarixində elan edilmiş, təkliflərin qəbul müddəti isə 10 iyun 2025-ci il saat 12:00-da başa çatmışdı.