Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "SNT" inşaat şirkəti olub.
Qalib şirkətə 9 milyon 14 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-136 üzrə binaların tikintisi işləri” nəzərdə tutulur.
"SNT" İnşaat Şirkəti 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 1 469.78 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Süleyman Aslanov Şəmsəddin oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman, ev 28 ünvanında yerləşir.