Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb.
Bu ərazilərdə yerləşən köçkün obyektləri təmir ediləcək - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, tenderin qalibi “İnnova İnşaat” MMC (VÖEN: 5501250581) seçilib. Şirkət tender çərçivəsində “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-123 üzrə binaların tikintisi işləri” layihəsinin icrasını həyata keçirəcək.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 13 376 220 AZN təşkil edir.
Qeyd edək ki, “İnnova İnşaat” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zəfər Səmədov Yaqub oğludur. Hüquqi ünvanı İmişli rayonu, Qaralar kəndində yerləşir.
Şirkət daha əvvəl bir neçə iri tenderin qalibi olub. 2025-ci ilin fevral ayında, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ tərəfindən keçirilən “Ağdam rayonu Xıdırlı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri” tenderində 3 378 278 AZN məbləğində müqavilə imzalayıb.
Bundan əlavə, avqust ayında “Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi”nin keçirdiyi tenderdə də qalib olub. Şirkət həmin tender üzrə Xankəndi Regional Mühafizə Şöbəsinin inzibati binasının əsaslı təmiri işlərini həyata keçirmək üçün 599 201 AZN dəyərində sifariş əldə edib.