Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin payızında Azərbaycana təcavüzü nəticəsində Tərtər və Ağdam rayonlarında dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi, təmiri və bərpası işlərinin həyata keçirilməsinə “AZ-CASPİAN CONSTRUCTİON” MMC-ni cəlb edib.
Eləcə də bax: MİDA yaşayış binalarının tikintisinə 14 milyon manat - XƏRCLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, şirkətlə 3 milyon 960 min manat dəyərində müqavilə bağlanıb.